Sabah bütün kimliklərimiz əlimizdən alındıqda, bizdən geriyə nə qalacaq? Əgər "mən" bir illüziyadırsa, o zaman "Ənəl Həqq" dedikdə nə başa düşməliyik? Əsrlər boyu bu ifadə müxtəlif formatlarda şərh olunub. Dövrün istibdad hakimiyyətinə yaxın, at eynəyi taxmış alimlər ordusu bu ifadəni quru bir səs küy ilə "Mən Allaham" kimi tərcümə edib və Həllacı Mənsuru kafir elan ediblər. Təbii ki, dövrün bütün həqiqi aşiqləri kimi Həllac da edamdan qaça bilməyib (əslində isə qaçmayıb). Mənsur Həllac türk toplumlarının İslamı qəbulunda müstəsna rol oynamış, dövrün ən irəli gələn mütəfəkkirlərindən biri olaraq heç bir vaxt insanı tanrılaşdırmamışdı. Əksinə, o, insanın fərdi məninin mütləq həqiqət qarşısında kiçicik bir kölgə olduğunu müdafiə edirdi. Bildirirdi ki, insan müstəqil bir varlıq deyil ki, onun məni də müstəqil olsun. Təsəvvüfdə "fəna" məqamı var. Bu məqamda axtarışda olan salik özünün bütün adlarından, eqolarından, hətta fərdi mənindən xilas olur. B...